Amerika Birləşmiş Ştatlarında qeyri-adi oğurluq hadisəsi baş verib. 59 yaşlı Ceyms Verone adlı kişi 1 dollar üçün bank soyub. Banka əlində silahla girən Verone xəzinədara yaxınlaşaraq "bu bir soyğundur. Mənə sadəcə 1 dollar verin" deyə qışqırıb. Bundan sonra o, bankda polisi gözləməyə başlayıb.
Soyğuncunun bir dollarlıq oğurluğunun özünəməxsus səbəbi olub. Belə ki, bununla o, həbsxanaya düşərək orada sağlamlıq sığotasından istifadə etmək istəyib. Onun sözlərinə görə, həbsxanada səhiyyə xidmətləri azadlıqdakından daha yaxşıdır.
Qeyd edək ki, 1 dollarlıq oğurluq kişinin bu arzusunun reallaşmasına səbəb olub. Çünki oğurluqda ittiham edilən Veroneni məhkəmə birbaşa həbsxanaya göndərib.
//Ans Press