17 yaşlı gənc dərsini oxumadığına və xalasının yanında siqaret çəkdiyinə görə onu danlayan anasını xüsusi amansızlıqla qətlə yetirib.
Dəhşətli hadisə Türkiyədə baş verib. 60 yaşlı Fatma T. üniversitetə hazırlaşan oğlu U.Y.-nı siqaret çəkdiyinə və dərslərini oxumadığına görə onlara qonaq gələn xalasının yanında danlayıb. Buna əsəbiləşən U.T. mətbəxdən götürdüyü bıçaqla anasını evin eyvanında yaxalayaraq qətlə yetirib. U.T. daha sonra anasının cəsədini yorğana bükərək yataq otağındakı dolabda gizlədib.
Həyat yoldaşını evdə tapa bilməyən S.T., oğlu U.T. və qətlə yetirilən qadının dayısı polisə Fatma T.-nın itkin düşməsi ilə bağlı müraciət edib. Bir müddətdən sonra yaşlı qadının evinə gələn qohumları yerdəki qan izləri ilə onun cəsədini aşkarlayıblar. Ana qatili olan gənc həbs edilib. Faktla bağlı araşdırma aparılır. (teleqraf.com)