Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev isə mətbuata açıqlamasında kütləvi zəhərlənmə ilə əlaqədar hadisənin baş verdiyi restoranın bağlandığını bildirmişdi.
AZXEBER.COM-un məlumatına görə, şadlıq sarayı yenidən fəaliyyətini bərpa edib və bağlandığı deyilən şadlıq evi yenə də fəaliyyətdədir. Belə ki, dünən restoranda ad günü qeyd olunub.
Xatırladaq ki, avqustun 8-da Binəqədi rayonundakı "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş kütləvi zəhərlənmə zamanı 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər.

