Azərbaycanda 100 min manatlıq dələduzluğun üstü açılıb.
Məlumatda bildirilir ki, Bakı şəhər sakinləri Gülarə Bədirova, Xuraman Xudiyeva, Səyavuş Məmmədov, Ceyran Süleymanova, Xırdalan şəhər sakini Aybəniz Behbudova və qeyriləri cinayət əlaqəsinə girərək, ölkənin bir sıra iri sənaye-xidmət müəssisələrinin və digər dövlət təşkilatlarının möhür-ştampları vurulan saxta sənədlər hazırlayıb, bir neçə banka təqdim ediblər. Onların bu yolla 100 000 manatdan artıq kredit vəsaiti götürmələri müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.Daxili İşlər Nazirliyinin saytında da faktla bağlı məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən şəhər sakinləri Gülarə Bədirova, Xuraman Xudiyeva, Səyavuş Məmmədov, Ceyran Süleymanova, Xırdalan şəhər sakini Aybəniz Behbudova və qeyrilərin cinayət əlaqəsinə girərək ARDNŞ-nin "Azərneftyağ" NEZ-in, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, "Azneft" İB-nin "Neft Daşları" NQÇİ-nin, Qaraçuxur İriləşdirilmiş Neft Mədəni İdarəsinin, "Azərbaycan Hava Yolları" QSC-nin Heydər Əliyev Beynəlxalq Aeroportunun, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının, Nəqliyyat Nazirliyinin 7 saylı Yaşıllaşdırma İdarəsinin, Müdafiə Sənayesi Nazirliyinin "Elektron Hesablayıcı Maşınlar" zavodunun və digər dövlət təşkilatlarının möhür-ştampları vurulmuş kənar şəxslərin guya həmin idarələrdə işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar hazırlayaraq "Əmrahbank", "Zaminbank", "VTB" və "Nikoyl" banklara təqdim etmələri və 100000 manatdan artıq kredit vəsaiti götürmələri müəyyən edilib.
APA