“Facebook” sosial şəbəkəsindəki çağırışlar əsasında bir araya gələn təxminən 1000 tələbə polislərə məxsus avtomobilləri, eləcə də tramvayları qartopu yağışına tutub. Belə vəziyyət isə həm polisləri, həm də tramvay sürücülərinin təəccübünə səbəb olub. Onlar ani olaraq nəyin baş verdiyini anlaya bilməyiblər. Aksiya gecə saatlarına qədər davam edib.