108 məhkum yediyi yeməkdən zəhərləndi

108 məhkum yediyi yeməkdən zəhərləndi
DÜNYA
06:06 31.05.2024
185
Cəza çəkmə müəssisəsində 108 məhkum qidadan zəhərlənərək xəstəxanaya yerləşdirilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Ədirnə bölgəsində baş verib. 
 
Belə ki, Ədirnə Tarım Açıq Cəza çəkmə Müəssisəsində 108 məhkum axşam yeməyində toyuq və düyü yeyib.
 
Məhkumlarda bir müddət sonra zəhərlənmə əlamətləri görünəndə onlardan 51-i Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasına, 57-si isə Sultan 1-ci Murat Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanalarda müalicə alan 108 nəfər müalicə olunduqdan sonra yenidən həbsxanaya qaytarılıb.

Məhkumların müalicəsi zamanı xəstəxanalarda polis işçiləri təhlükəsizlik tədbirləri görüb.
 
Məhkumların zəhərlənməsi ilə bağlı istintaq davam edir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR