111 yaşlı azərbaycanlı nənə: “Maşın sürmək istəyirəm”

MARAQLI
16:50 26.11.2012
2626
Cəlilabad rayonunun Ağdaş kəndində yaşayan Xavər Məmmədovanın bir əsrdən çox yaşı var. Bunu eşidən də, düşündük ki, yaşlı qadın ömrünün bu çağında artıq əmək qabiliyyətini çoxdan itirmiş olar. Lakin 111 yaşlı Xavər nənəni həyətdə şum edərkən gördükdə, onun barəsində olan bütün fikirlərimiz alt-üst oldu.İşini yekunlaşdırdıqdan sonra o, bizimlə söhbətə başlasa da, əlində mal-qara üçün kəndir toxuyurdu. Xavər nənə 3 dəfə ailə qurub. O, birinci və ikinci həyat yoldaşlarından övladı olmadığı üçün könüllü olaraq ayrılıb.Üçüncü dəfə ailə qurduqdan sonra Tanrı ona 2 övlad payı verib. Xavər nənənin sözlərinə görə, gəlin olduğu hər üç evdə öz işgüzarlığı sayəsində yaxınlarının rəğbətini qazanıb.
OXŞAR XƏBƏRLƏR