'12 yaşlı qız buna dözə bilməyib özünü öldürə bilər' - Psixoloq

Bütün Xəbərlər
16:35 26.04.2013
3665

"Bunları mediada işıqlandırmaq, belə halların daha da çoxalacağına səbəb ola bilər"Biləsuvar rayonunda 12 yaşlı məktəblinin öz məktəb yoldaşından hamilə qalması məktəblərdə cinsi praflaktik tətbirlərin olmaması ilə əlaqəlidir. Bu sözləri AZXEBER.COM-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. Psixoloq daha sonra əlavə edib: “Artıq 11 yaşdan başlayaraq yeniyetmələrdə yetkinlik prosesi başlayır.Yeniyetmələrdə cinsi aktivlik devri olur ki, bu dönəmlərdə orta məktəblərdə bu istiqamətdə marifləndirmək aparmaq lazımdır ki, yeniyetmə özünü tanısın. O yaxşı qiymət ala bilər, yaxşı oxuya bilər, amma bu o demək deyil ki, o özünü tanıyır. Bütün yeniyetmələrdə bu yaşlarda kompleks hissi olur. Hər biri müəyyən şeylərini kompleks edib, onları gizlətməyə çalışırlar ki, buda onlarda özünəqapanma, depresiya yaradır. Psixoloq 12 yaşlı xanımın ana olmağa hazırdırmı sualına da cavab verib: “12 yaşlı qız buna dözə bilməyib özünü öldürə bilər. Bu hadisələrin mediada işıqlandırılması prosesi adiləşir. Bunları mediada işıqlandırmaq, belə halların daha da çoxalacağına səbəb ola bilər. Bununla əlaqəli praflaktik tədbirlər etmək lazımdır ki, bu hallar bir daha təkrarlanmasın. Elnur Rüstəmov həmçinin valideynlərə də səslənib: “O ki, qaldı valideyn uşaq münasibətlərinə, valideynlər bu yaşda övladlarına qarşı daha diqqətli olmalıdırlar. Yeniyetmələr adətən valideynlərinin fikirləri ilə razılaşmırlar. Mən valideynlərə səslənərək demək istəyirəm ki, uşaqlarına qarşı yeniyetməlik dövrlərdə daha diqqətli olsunlar”. Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR