12 yaşlı şagirdindən uşaq doğan müəllimə hökm oxundu

12 yaşlı şagirdindən uşaq doğan müəllimə hökm oxundu
DÜNYA
01:16 20.11.2026
90
Avstraliyada 12 yaşlı şagirdini cinsi istismar edən və ondan uşaq doğan müəllimə 8 il 6 ay həbs cəzası verilib. 

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Avstraliyada baxılan bir işdə, 12 yaşlı şagirdinə cinsi istismar etməkdə təqsirli bilinən müəllimə hökm oxunub. Şagirdindən uşaq dünyaya gətirən müəllimə məhkəmədə hökm oxunub və 8 il 6 ay azadlıqdan məhrum edilib. 

Qərbi Avstraliyada 12 yaşlı şagirdini cinsi istismar edən və onun uşağını dünyaya gətirən musiqi müəlliminə qarşı açılan işdə yeni detallar aşkarlanıb.
 
Noyabrın 17-də məhkəmə 34 yaşlı Naomi Tekea Kreyqi səkkiz il yarım müddətinə azadlıqdan məhrum edib. O, 2024-cü ilin oktyabr ayında məktəbli oğlana cinsi təcavüz edib və 2025-ci il dekabrın 16-na qədər onunla münasibətdə qalıb. Cinayətlər törədilən zaman şagirdin 12 və ya 13 yaşı olub. Kreyq 2025-ci ilin dekabrında həbs olunanda o, səkkiz aylıq hamilə olub. O, yanvarın 8-də uşağı dünyaya gətirib. DNT testi uşağın atasının məktəbli olduğunu təsdiqləyib.

İndi müəyyən olunub ki, məktəblinin anası Kreyqi ifşa edib. Nəyinsə səhv olduğundan şübhələnən qadın evə gizli kameralar quraşdırıb və artıq oğlanın uşağına hamilə olan müəllimin onunla cinsi əlaqədə olduğunu gizlicə lentə alıb. Məktəblinin anası dərhal polisə müraciət edib.

Həmçinin məlum olub ki, müəllimə oğlanla 2023-cü ildə, onun ifa etdiyi qrupa rəhbərlik etdiyi vaxt tanış olub. Eyni zamanda, Kreyq oğlanın anası ilə dostlaşıb. Oğlan başqa məktəbə keçdikdən sonra qadın onunla ünsiyyət qurmağa davam edib. Müəllimin oğlanın ailəsi ilə münasibətləri o qədər yaxın olub ki, ailə evinin açarları ona həvalə edilib. Tezliklə qadın uşağa qarşı cinsi istismar hərəkətləri etməyə başlayıb.
OXŞAR XƏBƏRLƏR