Qəbələdə 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.
AZXEBER.COM xəbər verir ki, dünən saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində Rabil Abdullayev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
\\qafqazinfo











































