Abşeron rayonunda 17 yaşlı gənc özünə qəsd edib. Rayon Prokurorluğundan verilən məlumata görə, Qobu qəsəbəsi Qara Qarayev küçəsi, ev 42-də yaşayan 17 yaşlı Rəşid İmamverdiyev özünü asıb.
Ailə üzvləri onun meyitini səhər saatlarında həyətdəki hamamda asılmış vəziyyətdə aşkarlayıblar. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb