08:19 Cümə Axşamı, 23 Yanvar 2020
SOSİAL

17 yaşlı Kamal küçədə yaşayır, qarajların üstündə yatıb-durur - VİDEO

14:53, 25.09.20197885
17 yaşlı Kamal küçədə yaşayır, qarajların üstündə yatıb-durur - VİDEO
Kamal Qasımov adlı 17 yaşlı gənc Sabunçu rayon, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov ünvanında küçədə yaşayır.
 
AZXEBER.COM-un əməkdaşı küçədə yaşayan Kamaldan müsahibə alıb. 
 
Qonşuların və özünün dediyinə görə, Kamal həmin məhəllədə yaşayan imkanlı bir ailənin nəvəsi olub. Atası ondan imtina edib. Nənə və babası öldükdən sonra anası başqa bir şəxslə birlikdə Bərdəyə köçüb.
 
Kamal uşaqlıqdan əqli problemli olub və yaşı artdıqca xəstəliyi daha da artıb.
 
Gəncin dediyinə görə, onu aylarla zirzəmidə saxlayıblar, işkəncələr veriblər, məcburi işlər gördürürmüşlər.
 
Bir neçə dəfə evdən qaçsa da, sonra yenidən geri dönməyə məcbur olub.
 
Sonuncu dəfə isə o, iyun ayında qaçıb və böyüdüyü məhəlləyə gəlib. Qonşular onu tanıdıqları üçün hər gün yemək, su, təmiz paltarla təmin ediblər.
 
Kamal artıq bir neçə aydır ki, küçədə - qarajın üstündə yatır. O əqli qüsurlu olduğu üçün heç kim sahib çıxmayıb. Qonşular onun sənədlərin toplayıb, pensiya düzəltdirmək istəsələr də buna nail ola bilməyiblər.
 
İndi isə qarşıdan soyuq havalar gəlir və bu uşaq küçədə yatır. Onun tək istəyi bir parça çörək və yatacaq yerinin olmasıdır.
 
Kamalın müsahibəsini təqdim edirik:
 
Mələk Cabbar 

 

 

 

 

 

 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ