«Qarabağ qadınları» adlı sənədli film nümayiş edildi

«Qarabağ qadınları» adlı sənədli film nümayiş edildi
GƏNCLİK
18:39 03.03.2011
2353

Filmdə əsasən Qarabağ əlili və veteranı, qəhrəman qadınlarımızdan olan Firəngiz Səttarovanın döyşlərdə göstərdiyi qəhrəmanlıqlar, onun həyat yoldaşı hərbçi qırıcı -1024 vertolyot komandiri Xanlar Səttarovlan çiyin çiyinə döyüş bölgələrində vuruşması əks olunub. Firəngiz xanım həyat yoldaşı Xanlar Səttarovla birgə vuruşub və düşmənə zərbə yetirilərkən vertolyoda iki güllə yarası alıb. Ermənil tərəfindən 44 güllə alan vertolyot ekipajı, son ana qədər düşmənə zərbə yetirməkdən çəkinməyib. Bütün bu hadisələr, Azərbaycan qadınını ölümə meydan oxuması filmdə öz əksini tapıb. Xatırladaq ki, film Türk rejissoru Reşid Demirtaş tərəfindən hazırlanıb. Adıçəkilən film bu günə qədər tüorkiyənəin dövlət telekanallarında TRT-1, TRT,TRT-2 və digər kanallaprda təqdim olunub. Çox təəsüf ki, filmin təqdimatı 3 ildən sonra Azərbaycanda gerçəkləşib.

Təqdimat mərasimində filmin rejissoru Reşid Demirtaş iştirak edirdi. Eyni zamanda mərasimdə Türkiyənin Azərbaycandakı səfirinin xanımı da qatılmışdı. Sənədli ekran əsəri nümayiş olmazdan öncə Qarabağ müharibəsində qanları tökən Azərbaycan igidləri, Xocalı faciəsinin qurbanları yad edildi. Sonda film nümayiş edildi.
Yeri gəlmişkən filmdə qəhrəmanlığından bəhs olunan Qarabağ müharibəsi və Əlili Firəngiz Səttarova tanınmış Azərbaycan müğənnisi Nura Surinin anasıdır.

OXŞAR XƏBƏRLƏR