«Vətənin gözəlliyi uşaqların gözü ilə»

GƏNCLİK
09:11 17.05.2011
2225

AZXEBER.COM Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sərgidə Şamaxı şəhər İmadəddin Nəsimi adına Uşaq İncəsənət məktəbinin, Bakı şəhər Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi məktəbinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin dərnək şagirdlərinin əsərləri nümayiş olunacaq. Tədbirdə Şamaxı şəhər İncəsənət məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış edəcəklər.

Qeyd edək ki, sərginin təşkilatçıları Azərbaycan İstiqlal Muzeyi və «Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi» İctimai Birliyidir.

OXŞAR XƏBƏRLƏR