18 nəfər sel təhlükəsindən xilas edildi

18 nəfər sel təhlükəsindən xilas edildi
Bütün Xəbərlər
10:35 10.05.2012
1000

Şamaxı rayonunda 18 nəfər sel təhlükəsindən xilas edilib. Bu barədəAZXEBER.COM-unFövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir. FHN-in "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Bağırlı kəndi yaxınlığında yağış və sel sularının intensivləşməsi nəticəsində 9 avtomobil və 18 sərnişinin köməksiz vəziyyətdə yolda qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət, avadanlıq və avtomobillər vasitəsilə 18 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər.

OXŞAR XƏBƏRLƏR