191 nəfəri öldürən dini təriqət liderinə 100 il cəza verildi

191 nəfəri öldürən dini təriqət liderinə 100 il cəza verildi
DÜNYA
01:30 07.11.2026
65
Keniyada dini təriqətin fəaliyyəti çərçivəsində əksəriyyəti uşaqlar olmaqla 191 nəfərin ölümündə təqsirli bilinən vaiz Pol Makkenzi 100 il müddətinə azadlıqdan məhrum edilib.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hökm noyabrın 6-da Mombasa şəhər məhkəməsində çıxarılıb. Bundan başqa, iş üzrə təqsirləndirilən 20-dən çox şəxsə də hökm oxunub.

Söhbət Keniyanın cənub-şərqində yerləşən Şakahola meşəsində dini hərəkatın ardıcıllarının kütləvi ölümündən gedir. Məhkəmə prosesi zamanı ittiham tərəfi 120-dən çox şahidin ifadəsinə əsaslanıb.

İstintaqın müəyyən etdiyinə görə, "Good News International Church” adlı dini təşkilata rəhbərlik edən Pol Makkenzi inanclı insanları "İsa Məsihlə görüşmək” adı altında qidadan və tibbi yardımdan imtina etməyə məcbur edib.

Vaizin təsiri altına düşən valideynlər azyaşlı övladlarını da ac qalmağa məcbur ediblər. Nəticədə çox sayda uşaq həyatını itirib.

2023-cü ilin aprelində Şakahola meşəsində kütləvi məzarlıqlar aşkar edilib. Ərazidən 400-dən çox insanın qalıqları çıxarılıb.

Daha əvvəl günahını etiraf etməyən Makkenzi həmin dövrdə saxlanılıb. O, qətllərlə yanaşı, terrorçuluq və ehtiyatsızlıqdan adam öldürmə ittihamları ilə də üzləşib.
OXŞAR XƏBƏRLƏR