Bu gün "1news.az” xəbər saytının yaranmasından 18 il ötür.
AZXEBER.COM xəbər verir ki, sayt 2007-ci il martın 12-də fəaliyyətə başlayıb.
Portal Azərbaycan və rus dillərində mühüm yerli və qlobal hadisələr, problemlər haqqında məlumatlar təqdim edir.
"1news.az”da yalnız xəbərlər deyil, həm də analitik materiallar, müsahibələr, şərhlər, video və fotoşəkillər yayımlanır.
Portalın "Facebook”, "Instagram”, "Telegram”, "WhatsApp” səhifələri də mövcuddur. "Telegram" kanalında 12 mindən çox izləyicisi olan sayt günü-gündən inkişaf etməkdədir.
"1news.az” saytında çalışan həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq!