2 azyaşlı uşaq anası intihar etdi

2 azyaşlı uşaq anası intihar etdi
Bütün Xəbərlər
12:09 04.07.2012
1744
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində 36 yaşlı qadın özünü asıb. Rayon Prokurorluğunun prokuror köməkçisi Firdovsi Vəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, qəsəbə sakini, Pakizə Əmiraslanova yaşadığı evin həyətindəki qarajda özünü asıb. Onun meyiti ailəsi tərəfindən aşkar edilib.Pakizə Əmiraslanovanın qohumlarının verdiyi məlumata görə, qadın əvvəllə də bir neçə dəfə özünə qəsd etmək istəyib. Qohumlarının sözlərinə görə, Pakizə Əmiraslanova əsəb xəstəliyindən əziyyət çəkirmiş. Hazırda onun əsəb xəstəsi kimi qeydiyyatda olub olmaması araşdırılır. Pakizə Əmiraslanova 2 azyaşlı uşaq anası idi.
OXŞAR XƏBƏRLƏR