"2 yaşdan 90 yaşa qədər xəstələrimiz var”.
AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, gənc yaşda virusa yoluxanlardan da xəstəliyi ağır keçirənlər var: "Bugünkü 105 yeni xəstədən biri yaşlı və onkoloji xəstəliyi olan qadındır. Onun vəziyyəti ağırdır”.