2 yaşında hər şəyi göstərən - YURD TV

2 yaşında hər şəyi göstərən -  YURD TV
MEDIA
16:47 05.03.2013
1815

Yurd televiziyasi 2 yaşını qeyd edir.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanda ilk tam HD sistemli internet televiziyası olan Yurd TV 2011-ci il martında fəaliyyətə başlayıb.Gün ərzində internet vasitəsilə çoxsaylı tamaşaçının izlədiyi bu televiziyamız əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərir.Hər saatda xəbər buraxılışları yayımlanır. Yurd TV-yədək ölkədə Həm “online”, yəni, normal televiziya yayımı həyata keçirən, həm də “offline”, yəni, istənilən zaman istədiyin verilişə baxmaq imkanı təmin edən formatla işləyən və özünə müəyyən bir format seçən televiziya olmayıb.Ona görə də YURD TV dünya təcrübəsini öyrənərək qarşısına məqsəd qoyub ki, Azərbaycanda baş verən hadisələri internet vasitəsilə, ətraflı şəkildə həm yerli tamaşaçıya, həm də xaricdəki soydaşlarımıza çatdıra biləcək bir yayım siyasəti qursun və qısa zamanda buna nail olub.Qeyd edək ki, Azərbaycanda həm texniki, həm də yaradıcılıq baxımından peşəkar şəkildə qurulan ilk internet televiziyası məhz YURD TV-dir. Hər gün ən azı 8 min, bəzən isə 11-12 min insan YURD TV-nin internet səhifəsinə daxil olur, müxtəlif verilişlərə və xəbər süjetlərinə, buraxılışlarına baxır, həmçinin “online” qaydada efiri izləyir. Ümumiyyətlə, YURD TV Azərbaycanda ən çox izlənilən internet televiziyasıdır.YURD TV-nin təsisçisiRüstəm Əliyevdeyir:“Fəaliyyətə başlayandan öncə televiziyanın auditoriyasını, onun kimlərin marağında ola biləcəyini müəyyən etmişdik. Yəni, Azərbaycanda nə qədər internet istifadəçisi var, onlar hansı yaş qrupundadır, hansı növ videomateriallarla maraqlanır, hər şey dəyərləndirilmişdi.Təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın da marağını nəzərə almışdıq. Bildiyimiz kimi, hər bir peyk müəyyən ərazini əhatə edir. Yəni, hansısa ənənəvi televiziya peyk vasitəsilə yayımlanırsa, ona heç də dünyanın hər yerində baxmaq olmur.Amma internetlə yayımlanan televiziyanı dünyanın istənilən nöqtəsində, qlobal kompüter şəbəkəsinə çıxış olan hər yerdə izləmək mümkündür. Azərbaycanda həm texniki, həm də yaradıcılıq baxımından peşəkar şəkildə qurulan ilk internet televiziyası məhz YURD TV-dir.

Əsasən xəbər formatında çalışırıq. Çünki 1 il ərzində müxtəlif janrlarda verilişlər hazırlasaq da, gördük ki, xəbərlərə maraq daha böyükdür. Bu amili fəaliyyətimizin 2-ci ilində nəzərə aldıq. Bir sözlə, internet televiziyaçılığını Azərbaycanda populyarlaşdırdıq və bizdən sonra da həmkarlarımız tərəfindən bu istiqamətdə addımlar atılmaqdadır”.Rüstəm Əliyev əlavə edib ki, Cənab Prezident 2013-cü ili Azərbaycanda informasiya texnologiyaları ili elan etdi.“Bu ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məsələdir və sektorun inkişafına böyük təkan verəcək bir qərardır. İnternetin həm texniki, həm də məzmun baxımından inkişafına ümidlərim böyükdür.İnanıram ki, 2013-cü ildə internet sferasında fəaliyyət göstərən televiziyaların da fəaliyyətində inkişaf və genişlənmə nəzərəçarpacaq dərəcədə hiss olunacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər