2 yük maşını toqquşdu: ölənlər var

2 yük maşını toqquşdu: ölənlər var
Bütün Xəbərlər
11:32 24.09.2013
1075
Salyanda dəhşətli yol qəzası olub.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, bu gün səhər saatlarında Ələt-Astara yolunun 77-ci kilometrliyində Lənkəran sakini, 1962-ci il təvəllüdlü Cabbarov Mirhadı Qafar oğlunun idarə etdiyi “KamAZ” markalı maşın Astara rayonu Ərçivan kənd sakini, 1981-ci il təvəllüdlü Eyniyev Allahverdi Qadağa oğlunun idarə etdiyi MAZ markalı avtomobillə toqquşub.

Nəticədə “KamAZ”-ın sürücüsü və sürücünün avtomobildə olan həyat yoldaşı Cabbarova Təranə İbrahim qızı hadisə yerinə ölüb.

MAZ-ın sürücüsü isə müxtəlif xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır. //

OXŞAR XƏBƏRLƏR