20 abituriyent imtahandan qovuldu

20 abituriyent imtahandan qovuldu
Bütün Xəbərlər
21:45 27.07.2012
1340
Azərbaycanda ali məktəblərə bu gün keçirilən IV ixtisas qrupunun imtahanları zamanı 20 abituriyent imtahandan xaric olunub.Bu barədə APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, sözügedən abituriyentlər əsasən köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər. İmtahan protokollarının ilkin nəticələrinə əsasən, imtahanda iştirak etməli olan 15408 abituriyentdən 1000 nəfər imtahana gəlməyib.
OXŞAR XƏBƏRLƏR