Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, iyulun 31-də təşkilatın nümayəndələri azərbaycanlı əsirə ailəsindən 1 qızıl xaç məktubu çatdırıb, ondan isə 2 qızıl xaç məktubu alıblar.