20 yaşlı gəlin - “Qaynatam əlimə siqaret basırdı”

KRİMİNAL
17:33 11.02.2014
2459

Azərbaycanda gənc gəlinə olmazın işgəncələr verən ailə üzvlərinin məhkəməsi oldu

“Bıçaqla məni yaraladılar. İşgəncə verirdilər. Hər gün deyirdilər ki, ya səni qovacağıq, ya da, öldürəcəyik. Sən mənim istəkli gəlinim olmamısan. Bir gün orada yaxşı günüm olmayıb. Allaha and olsun, qaynatam əlimə siqaret basırdı”. Bu barədə 20 yaşlı Qutamə Arzu qızı Rükiyeva məhkəmə zamanı ifadə verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Astara rayonun Pəlikəş kənd sakini Malik Nabatovun yaşadığı evdə Afiəddin və arvadı Mirvarilə qabaqcadan əlbir olaraq, gəlini 20 yaşlı Qutamə Arzu qızı Rükiyevanı mütəmadi olaraq təhqir edərək bədəninə dəfələrlə yanan siqaret basması, saçlarını qırxıb, müxtəlif fiziki əzab verməsilə bağlı məhkəmə iclası keçirilib.
Qeyd edək ki, yaxın qohumu, həmkəndlisi, həm də, sinif yoldaşı ilə 2 il öncə ailə həyatı quran Qutamə Rukiyeva 8 ay ərzində zorakılığa məruz qaldığını iddi edir. Qızın anası isə yaranmış ailə faciəsində yeznəsinin valideynlərini günahkar sayır.
Gəlinə işgəncələr verdiyi üçün Qutamə Rükiyevanın əri Afiyəddin Nabatov, qayınatası Malik və qayınanası Mirvari Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4, 133.2.6 və 145.2.3 maddələrilə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb.
hakim İsmayıl Abdürrəhmanlının sədrliyi ilə keçirilən növbəti məhkəmədə təqsirləndirilən şəxslər törətdikləri əməli qismən etiraf ediblər.
Qeyd edək ki, təqsirləndirilən Mirvari Şahmuradova zaminə buraxılsa da, ata və oğul barəsində həbs-qətimkan tədbiri seçilib. Təqsirləri subuta yetiriləcəyi təqdirdə Nabatovları 3 ildən 5 ilə qədər həbs cəzası gözləyir.

OXŞAR XƏBƏRLƏR