2015-ci ildə metroda bu dəyişikliklər olacaq

2015-ci ildə metroda bu dəyişikliklər olacaq
Bütün Xəbərlər
13:30 05.12.2014
2705

2015-ci ildə metroda bir çox dəyişiklər və yeniliklər olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Metropoliten rəsmisinin sözlərinə görə, hazırda istifadəyə verilməsi planlaşdırılan stansiyalarda təmir işləri yekunlaşmaq üzrədir:

““Bənövşəyi xətt”in ilk iki stansiyası olan “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının 2015-ci ildə sərnişinlərin istifadəsinə veriləcək. Həmçinin “Bənövşəyi xətt”in tikilməkdə olan şərti adı B3 və B4 olan stansiyalarda işlər davam etdiriləcək, xəttdə istifadə olunmaq üçün 15 vaqon alınacaq. Artıq vaqonlar sifariş olunub. Eyni zamanda əsaslı təmirə ehtiyacı olan bir neçə eskalatorun təmir edilməsi, yeni stansiyalar üçün müəyən edilmiş yerlərdə tikintiyə başlamaq, mövcud xətlərdə havalandırma sistemlərində əsaslı təmir işlərinin aparılması, yeni avadanlıqların quraşdırılması və daha yeni vaqonların alınması nəzərdə tutulur”.

OXŞAR XƏBƏRLƏR