Sabah Azərbaycanda qar yağacaq

Sabah Azərbaycanda qar yağacaq
Bütün Xəbərlər
12:36 22.11.2014
3826

Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə və gündüz saatlarında 4-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 7-10, dağlarda gecə 0-5 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

//APA
OXŞAR XƏBƏRLƏR