Yüz dəfə eşit, bir dəfə gör - “Mərcan” toyuqlarının tərifi - REPORTAJ

Yüz dəfə eşit, bir dəfə gör - “Mərcan” toyuqlarının tərifi -  REPORTAJ
Bütün Xəbərlər
15:06 05.11.2014
3711

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”- doğru deyib atalar. Satışda olan “Mərcan” toyuqlarını tərifləyirlər, hətta bəzən şikayət edənlər də olurki, “biz mağazalarda bu toyuqlardan tapa bilmirik”.

Hamı üçün maraqlıdır, “Mərcan” toyuqlarının özəlliyi nədir və bazarda bu məhsullar niyə seçilir?

Jurnalistlərin budəfəki səfəri “Mərcan” toyuqalarının istehsal olunduğu fabrikə,Ucar rayonundakı müəssisəyə idi.

Nəzərdə tutulmuş vaxtda bir qrup jurnalist Garant Holding-in nümayəndələri ilə birgə Ucar rayonuna yollandıq. Yolboyu jurnalistlər fabriki qaralamışdılar ki, çoxlu suallar verib, onların hansısa səhvini tutacaqlar və həmin xəbəri manşet edəcəklər. Axı jurnalistlər buna alışqındırlar. Problemi görünməyən yerdən görünən etmək, ictimaiyyətə çatırmaq... Yol boyu bu fikirdə idik. Yazacağımız mövzular çox olacaqdı.

Nəhayət Ucar rayonunda “ Ucar Aqro” MMC quş əti emalı müəssisəsinə çatdıq.

Fabrikin laboratoriya işçilərindən tutmuş rəhbərliyə qədər hər kəs bizi gözləyirimiş.

"Ucar Aqro" MMC-nin baş direktoru Rüfət Məmmədzadə bildirdi ki, əvvəlcə emal prosesi ilə tanış ediləcəyik, sonra mətbuat kofransı təşkil olunacaq. Lakin jurnalistlər elə emal prosesi ilə tanışlıq vaxtı bir-birinin ardınca rəhbərliyə çoxlu suallar ünvanladılar.

Direktor və müəssisə komadası ilə emal prosesi ilə əyani tanışlığa başladıq. Bu arada rəhbər məlumat verirdi;

- Fabrikin təməli Azərbaycanın regionalarının inkişaf planına əsasən 2012-ci ilin sentyabr ayında qoyulub. “Ucar Aqro” MMC təkcə Azərbaycanda yox, bütün Cənubi Qafaqazda ən müasir və unikal quşçuluq komplekslərindən biridir və “Garant Holding”in nəzdində yaradılmış aqrar şirkətdir. Müəssisənin yaradılmasında məqsəd istehlakçıları yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin etmək, toyuq məhsullarına artan tələbi nəzərə alaraq ölkə bazarına yeni keyfiyyət standartlarına uyğun məhsul çıxarmaqdır.

Bu məhsullar “Mərcan” brendi ilə istehsal olunur. Söhbət “Mərcan kənd çolpası”, “Mərcan Premium” və “Mərcan Broyler” toyuqlarından gedir.

Rüfət müəllim həm məlumat verir, həm də emal prosesini əyani göstərirdi... Fabrikin daxilində təmizliyə ciddi fikir verilir. Elə biz jurnalistlər də içəri ağ xalat, xüsusi baş və ayaq geyimində buraxılmışdıq. Məlum oldu ki, hər bir işçi gün ərzində neçə dəfə içəri daxil olub, çölə çıxır və yenidən qayıdırsa, mütləq qapıda quraşdırılmış avtomatik maşında ayaqları təmizlənir, əllərini yuyur… Bu, təhlükəzliyi təmin etməyin ilkin addımlarındadır. Girişdə duş kabinələri də var.

“UcarAqro” MMC 5 hektar ərazisi olan müəssisədir.Garant Holding-in bir hissəsi olan"UcarAqro" MMCşirkətinin kəsim sexinin təməli 2012-ci il sentyabr ayında qoyulub. Ümumi ərazisi digər istehsal sahələri də daxil olmaqla 87 hektar təşkil edir.

Tanışlığa davam edirik...

Quşaların maşınlardan asıldığını görürük. Elə burdaca kəsilirlər. Avadanlıqlar yüksək səviyyədə, müasir texnologiyalara uyğundur. Direktor Rüfət müəllim deyirki, bütün avadanlıqlar Hollandiya, İspaniya, Niderland, İsrail kimi ölkələrdən gətirilib.

Növbəti emal işləri ilə tanış oluruq. Emal maşınlarının ətrafında qırmızı xətlər çəkilib. Bunlar təhlküsəziliyə xidmət edir. Fövqəladə hal baş verərsə,o xəttə əl vurmaq kifayətdir ki, bütün mexanikanın fəaliyyəti dayansın. Bir maraqlı məqam da diqqət çəkdi: əlində güzgülü çubuq tutan işçi emal mərhələlərindən keçən toyuqlara nəzarət edirdi. Hansının qanadı, budu qırılıba, qan ləkələri olarsa, dərhal çubuqla həmin toyuğun üstünə vurur və həmin məhsulu maşın avtomatik sıradan çıxarırdı

Azərbaycanda ilk dəfə olaraq bu müəssisədə məhsullar vakum qablarda qablaşdırılır. Həmin qablar isə İngiltərədən gətirilir. Bunun özəlliyi isə odur ki, toyuqların içərisinə hava dolmur. Belə qabda onları 5 gün soyducudan ayrı saxlamaq mümkündür.

Nəhayət mətbaut konfaransı keçirildi: - Rüfət müəllim, deyirsinizki, yüksək səviyyəli məhsul istehsal edirsiniz. Bəs bu fərqliliyiniz bazarda necə seçilir? Rəqabəti necə aparırsınız? - Kütləvi formada kənd toyuğunun istehsal təklifini ilk dəfə biz vermişik. Əvvələr zənbillərdə satılırdı kənd toyuqları, lakin indi satış yüksək gigiyenik qaydada, adı ünvanı bilinən, istehsalı,tarixi məlumolan, çəkisi görünən formada təşkil edilir.Bu da bizim rəqabət gücümüzü artırır. Bizim istehsal gücümüz istehsal imkanlarından aşağıdır. Müəssisə fəaliyyətə yeni başlayıb.Orta aylıq satış həcmi 250 tondan yuxarıdır. Bizim bugün“Açıqqapı” təşkil etməyimiz və hər kəsə açıq olmağımız fərqliliyimizin göstəricisidir.

- Bu məhsullar yalnız Bakıya göndərilir? - Xeyr, Göyçay, Kürdəmir, Sumqayıta da göndərilir. - Sizdə kənd və broyler toyuqları yetişdirlir. Onların fərqləri var? - Kənd toyuğu ilə broyler toyuğunun yetişdirilməsi başqa qaydada olur. Onlar tamam fər1lidilər. - Bazarda qiymətləri necədir? - “Mərcan” məhsulları Azərbaycan bazarında ən yüksək qiymət səviyyəsində özünü qərarlaşdırıb. Bu da özünün maya dəyrinə uyğun olaraq müəyyənləşib. - Hansı beynəlxalq sertifakatlarınız və xarici təşkilatlarla əlaqəniz var? - Bir sıra Avropa təşkilatları ilə əməşdaşlıq planlaşlaşdırılır. Ötən ay bu əməkdaşlıq tələblərinə - ekoloji normalara uyğun olaraq, beynəlxalq “Eko neo” şirkətinin b kateqoriyasında müəyyənləşdirildik. Bu Avropa reytqindir. - Məhsulun halal olmasını necə doğrulaya bilərsiniz?

Sual Satış və Marketing departamentinin müdiri Samir Eyyubov aydınlıq gətirir: - Biz qiblə sistemində qurulan avadanlııqlarla kifayətlənmirik. Məhsulun xaşlama dərəcəsində 52-53 dərəcədən yuxarı qalxmasının qarşısımı alımışıq. Bu hallalıq şərtidir. Quşların hümanist baxımdan əziyyət çəkməmək üçün yüngül şokdan keçirilməsi məsləsi də diqqət mərkəzindədir. - Ən böyük çətinliyiniz nələrdir? - Soyudulmuş malların bazarda saxlanması məsələsində problemlər var. Piştaxtalardan lazımı temperaturu qorumaq olmur. Əsas şərtlərdən biri budur. Amma hazırda mağazalara soyuducular veririk. Bu növ məhsullar üçün yer yaradırıq.
OXŞAR XƏBƏRLƏR