5 rayonda qaz olmayacaq

5 rayonda qaz olmayacaq
Bütün Xəbərlər
12:31 23.09.2014
1077

Təmir-quraşdırma işləri aparılacaq.

Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, həmçinin yeni quraşdırılmış ölçü qovşağının şəbəkəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 16:00-dək Xəzər rayonunun bir hissəsinə, eyni zamanda sentyabrın 23-24-ü il tarixilərində Şamaxı şəhəri də daxil olmaqla rayonun bir hissəsinə və Qobustan rayonunun Xilmilli kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR