Müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüş tapşırığını yerinə yetirərkən həlak olan və yaralanan hərbi qulluqçulara mükafatların verilməsi barədə göstəriş verib.AZXEBER.COM-un Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, müdafiə nazirinin tapşırığına əsasən yaralılara yüksək ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi həkimlərdən ibarət mütəxəssis qrupu yaralıların müalicə olunduğu hərbi hospitala göndərilib.