İyulun 27-də və 28-də havanın temperaturu 3-5 dərəcə enəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır.Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.İyulun 27-28-də Bakıda və Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.