Əsgər əsgəri güllələdi

Əsgər əsgəri güllələdi
Bütün Xəbərlər
11:30 10.02.2014
870
Əhmədov Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 20 yaşlı Zamin Malik oğlu Məmmədovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb.
Nəticədə güllə onun əsgər yoldaşı, 20 yaşlı Elnur Sahib oğlu Əhmədova dəyib. Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törədən Z.Məmmədov Quba, E.Əhmədov isə Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıblar.
OXŞAR XƏBƏRLƏR