Sabaha olan hava - PROQNOZU

Sabaha olan hava -  PROQNOZU
Bütün Xəbərlər
14:18 10.02.2014
1394
Biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Fevralın 11-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib ki, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacaq.
Fevralın 11-də Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi şərq rayonlarında havanın çiskinli olma ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
OXŞAR XƏBƏRLƏR