Bakının Yasamal rayonunda məktəbli qız yoxa çıxıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Qızıl Şərq küçəsində yaşayan 16 yaşlı Günel Zalıyeva iki gün əvvəl evdən çıxıb. O vaxtdan bəri qızı görən olmayıb. Orta məktəbin 11-ci sinif şagirdi olan G.Zalıyevanın ailə üzvləri qızın tapılması üçün polisi məlumatlandırıblar. Hazırda axtarışlar davam etdirilir.//milli.az