Ermənilər 4 rayonda atəşkəsi pozub

Ermənilər 4 rayonda atəşkəsi pozub
Bütün Xəbərlər
11:23 06.07.2013
803

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR