Mayın 11-i saat 19:00 radələrində Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.“Nərimanov” stansiyasından “Həzi Aslanov” istiqamətinə gedən qatarların hərəkəti bir müddət dayanıb. Sosial şəbəkələrdə hərəkətin təxminən yarım saata yaxın dayandığı bildirilir.