Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycanda havanın temperaturu yüksələcək
Bütün Xəbərlər
13:33 23.04.2013
1515

Aprelin 24-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif VerdiyevinAPA-ya verdiyi xəbərə əsasən, şimal-qərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 25-də də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və axşam yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20 dərəcəyədək isti gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Aprelin 24-dən 25-nə keçən gecə bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı gözlənilir. Aprelin 25-də gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 19-24 dərəcə, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Aprelin 23-dən 25-dən Abşeron yarımadasında tutqun və rütubətli havanın üstünlüyünə baxmayaraq, digər meteoroloji amillərin iqlim normasına yaxınlığı meteohəssas insanlar üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR