Bu gün 6 rayonda qaz olmayacaq

Bu gün 6 rayonda qaz olmayacaq
Bütün Xəbərlər
16:12 24.04.2013
972
Bu gün bəzi rayonlarda qaz olmayacaq.AZXEBER.COM-un ARDNŞ-in "Azəriqaz" ASC-yə istinadən verdiyi xəbərə görə, təmir işləri ilə əlaqədar olaraq, 24 aprel 2013-cü il tarixdə saat 10:00-dan saat 17:00-dək “Bolqarıstan” Qazpaylayıcı Stansiyası və “Ramanı” Qazpaylayıcı Stansiyasından qidalanan “Ramanı” orta təzyiqli qaz kəməri, saat 10:00-dan 18:00-dək “Lənkəran” Qazpaylayıcı Stansiyası, saat 10:00-dan “Digah” Qazpaylayıcı Stansiyasından qidalanan “Binəqədi” və “Abşeron” kollektorları, saat 23:00-dan 25 aprel 2013-cü il tarixdə saat 09:00-dək isə “Alatava” Qazpaylayıcı Stansiyasından qidalanan “Tbilisi prospekti” və “Mikrorayon 500 mm-lik” orta təzyiqli qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq.
OXŞAR XƏBƏRLƏR