Ağır yol qəzası: 1 ölü, 3 yaralı

Ağır yol qəzası: 1 ölü, 3 yaralı
Bütün Xəbərlər
13:30 22.04.2013
975
Lənkəranda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib. AZXEBER.COM-un məlumatına görə, hadisə Lənkəran – Boradigah yolunun 9-cu kilometrliyində, Lənkəran rayonunun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Cil kənd sakini 24 yaşlı Pərvin Nəbi oğlu Babayev idarə etdiyi “Kamaz” markalı yük maşını Lənkəran şəhəri istiqamətində “Veravulçay” körpüsü üzərində elektrik dirəyinə çırpılaraq aşıb. Nəticədə sürücü Pərvin Babayev hadisə yerində dünyasını dəyişib.Yük maşınında olan sürücünün yaxın qohumları 25 yaşlı Kamil Sədaqət oğlu Rəhimov, 27 yaşlı Ruslan Cəsarət oğlu Əkbərov, 24 yaşlı Rəhim Əhəd oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR