İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?
Bütün Xəbərlər
12:21 13.04.2013
952
Sabah ölkə ərazisində arabir güclənən xəzri küləkləri bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.İstirahət günündə Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 16-20 dərəcə isti olacaq.Aprelin 14-də bölgələrdə də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlədə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 6-15, gündüz 19-24 dərəcə, dağlıq rayonlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR