Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla doktorantlara, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə, magistr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, bakalavr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, orta ixtisas təhsili müəssisələrində əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə müəyyən edilmiş aylıq təqaüdlərin məbləğləri 10 faiz artırılır.