Dünən Türkiyədə ilin ən yaxşı filmlərin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə bir sıra tanınmış şəxslər iştirak edib. İlin ən yaxşı filmi nominasiyasına “Evim sensin” layiq görülüb. Eyni zamanda, adıçəkilən filmdə baş rolu oynayan Fahriye Evcen ilin ən yaxşı qadın rolunun ifaçısı nominasiyasında qalib gəlib.Xatırladaq ki, filmin əsas rollarını Özcan Deniz və Fahriye Evcen ifa edir. İki şəxsin sevgi hekayəsindən bəhs edən film qızın dünyadan köçməsi ilə yekunlaşır.