Ukraynanın Azərbaycan Gənclər Birliyi Dnepropetrovsk vilayətının təşkilatının sədri Elza Bəkirovanın ANS PRESS-ə verdiyi məlumata görə, istedadlı gənc Günay təşkilatın ən fəal üzvlərindəndir.Günay Qurbanova artıq 7 ildir Azərbaycan diasporasını Ukraynanın böyük səhnələrində təmsil edir. Gözəl müğənni bu müddət ərzində səsi ilə dinləyicilərin rəğbətini qazanmağa nail olub. İstedadı ilə yanaşı vokal ustalığı onu ümumukrayna "Яскрава крайна", " Песенний сад" və "Диво грай" müsabiqələrinin laureatı edib.İstedadlı müğənni müxtəlif dillərdə - azərbaycan, rus, ukrayna, ingilis, serb, ivrit dillərində bir çox xalqların mahnılarını ifa edir.Azərbaycanlıların təşkil etdiyi bayram şənliklərini öz mahnıları ilə bəzəyən Günay Qurbanova Azərbaycan diasporasının və Dnepropetrovski vilayətinin Azərbaycan Gəncləri Birliyinin fəxri hesab edilir.
