Bu gün səhər saatlarından etibarən Bakı metrosunda xaos yaranıb. Metronun bütün stansiyalarında kassa aparatlarının fəaliyyəti dayanıb, kassaların önündə “yükləmə kassalarda” elanı vurulub. Həmçinin, elan əlavə olunub ki, “texniki səbəbdən kassa aparatları işləmir. Müvəqqəti narahatçılığa görə üzr istəyirik”.
Nəticədə metroda basabas yaranıb və sərnişinlər hər stansiyada bir kassadan gediş haqqı yükləyə bilir. Xüsusilə, metronun “ 28 May”, “Neftçilər”, “ Əzizbəyov” və “20 Yanvar” stansiyalarında kassaların önündə uzun növbələr hələ də yaşanmaqdadır. Metroda çalışan səlahiyyətli şəxsdən aldığımız məlumata görə, kassa aparatlarının gün ərzində düzələcəyi gözlənilmir. Yaranmış vəziyyət isə sərnişinlərin narazılığına səbəb olub.
//Yeni Müsavat .