Ağcabədidə Olimpiya İdman Kompleksinin təməli qoyuldu

Ağcabədidə Olimpiya İdman Kompleksinin təməli qoyuldu
DÜNYA
12:50 07.06.2012
2790

Bu gün gənclər və idman naziri Azad Rəhimov Ağcabədi rayonunda növbəti Olimpiya İdman Kompleksinin təməl qoyma mərasimində iştirak edib.

Gənclər və idman nazirliyinin mətbuat xidmətin AZXEBER.COM-a verilən məlumata görə, Ağcabədi Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında”2011-ci il 27 may tarixli, 1535 nömrəli Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa ediləcəkdir. Tikinti üçün Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində 5,0 hektartorpaq sahəsi ayrılmışdır. Layihə-smeta sənədləri“ArchiCo İnşaat-layihə” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmışdır. Tikinti-quraşdırma işləri “İnşaatçı” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetiriləcəkdir. Ağcabədi Olimpiya İdman Kompleksinin tikintisi işlərinin 2014-cü ilin I yarısı başa çatdırılması nəzərdə tutulmuşdur.

Baş plana əsasən inşa ediləcək bina və qurğular:

Əsas bina

Əsas bina 8 hissədən ibarətdir:

A Blokunun 1-ci mərtəbəsi üzgüçülük hovuzunun ölçüsü 25 x12,5 metr olanvə 200 tamaşaçı yerlik Üzgücülük zalından, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları və həkim otaqlarından 2-ci mərtəbə isə Stolüstü tennis zalı,fotofiniş otağı, komentator otağı, nəzarətçi otağı, məşqçi otağı və sanitar qovşaqdan ibarətdir.

B Blokunun (3 mərtəbəli 58 yerlik Mehmanxana)1-ci mərtəbəsi geniş foye, mühafizə otağı,100 nəfərlik restoran, kafe və gözləmə zalı,2-ci mərtəbə7 ədəd 2 nəfərlik otaq, 1 ədəd3 nəfərlik otaq, 2 ədəd luks otaq və konfrans zalı, 3-cü mərtəbə isə 13 ədəd 3 nəfərlik otaqlardan və xoll-bar hissəsindən ibarətdir.

C Blokunun 1-ci mərtəbəsi 1000 tamaşaçı yerlik Universal idman zalı, Məşqçilər otağı, hakimlər otağı, dopinq-nəzarət otağı, inventar otağı,soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və duş otaqlarından 2-ci mərtəbəsi isə VİP lodciya, hakimlər otağı, fotofiniş otağı, və köməkçi otaqlardan ibarətdir.

D Blokunun (2 mərtəbəli əsas giriş hissəsi) 1-ci mərtəbəsində geniş foye, qarderob,55 nəfərlik kafe, tamaşaçılar üçün sanitar qovşaqlar, mağaza, bilet satışı kassası, 2-ci mərtəbədə isə Qrup məşqləri zalı, Trenajor zalı (fitnes) soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və duş otaqları nəzərdə tutulmuşdur.

E - F Blokları 100 tamaşaçı tutumu olan 2 döşəkli Güləş zalı, Boks zalı, Cüdo zalı, soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və duş otaqlarından ibarətdir.

G - H Blokları arasında 60 nəfərlik yay kafesi, mətbəx, anbar, texniki və elektrik otaqlarından ibarətdir.

Baş plana əsasən inşa ediləcək digər binalar:

1000 nəfər tamaşaçı yerlik tribunası olan Futbol stadionu

Voleybol meydançası

Tennis kortu

Yerüstü avtomobil dayanacağı

Kompleksi istiliklə təchiz edəcək Qazanxana binası

Transformator yarımstansiyası

İçməli və yanğına qarşı su anbarları

Nasosxana

Gözətçi otağı

Əlavə olaraq Kompleksə müstəqil qaz, su-kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi və drenaj sisteminin quraşdırılması, ayrılmış sahənin hasarlanması, yaşıllıqların və istirahət zolaqlarının salınması, binanın müasir idman avadanlıqları, inventarlar, ləvazimat və mebel avadanlıqları ilə təchiz edilməsi, müasir isitmə-soyutma, ventilyasiya, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları və.s qurğularla təmin edilməsi nəzərdə tutulmuşdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir