Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.
Hava şəraitinin qısa icmalı: Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit, dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur 2-3 dərəcə yüksələcək.