Ermənistan ordusunun bölmələri yanvarın 1-də və 2-də gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Qaraqaşlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.AZXEBER.COM-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.