Yanğın Yardımlıdakı peşə məktəbində baş verib
Yardımlı rayonunda peşə məktəbi yanıb. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yardımlı şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 330 kv.m olan peşə məktəbində 1 otağın tavanı 20 kv.m sahədə yanıb. Peşə məktəbinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının səbəbi müəyyənləşdirilir.