Bakıda zəncirvari yol qəzası: yaralılar var

Bakıda zəncirvari yol qəzası: yaralılar var
Bütün Xəbərlər
13:06 21.12.2012
1906

Hadisə nəticəsində Biləcəri-Xirdalan yolunda maşın sıxlığı yaranıb.

Bu gün saat 11:10 radələrində Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib. Binəqədi Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, hadisə Biləcəri-Xirdalan yolunda baş verib. Belə ki, “VAZ-21015”, BMW, “Mercedes”, “Hyundai” markalı minik maşınları və kiçik tutumlu yük maşını toqquşub. Nəticədə bir neçə nəfər yüngül xəsarət alsa da, xoşbəxtlikdən, ölən olmayıb. Hadisə nəticəsində yolda maşın sıxlığı yaranıb. Faktla bağlı araşdırma aparılır.

 

 

OXŞAR XƏBƏRLƏR