Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
Bütün Xəbərlər
09:44 15.12.2012
723

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində, Ağdam rayonunun işğal edilmiş Mərzili kəndi yaxınlığında, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.Düşmən cavab atəşi ilə susdurulub.Qeyd edək ki, 1994-cü il may ayının 8-də Bişkekdə imzalanan atəşkəs haqqında protokol, mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.Atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri hələ də razılaşmaya əməl etmir. Həmin tarixdən bu günə qədər cəbhə boyu minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq.Belə ki, təkcə keçən ilin əvvəlindən bu günə kimi erməni əsgərlərinin açdığı atəş nəticəsində 25 hərbçimiz şəhid olub, 2 mülki şəxs, o cümlədən 9 yaşlı uşaq öldürülüb.

OXŞAR XƏBƏRLƏR