Sabah ölkədə hava necə olacaq?

Sabah ölkədə hava necə olacaq?
Bütün Xəbərlər
14:11 17.12.2012
1351
Sabah Bakıda buludlu hava gözlənilir.AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, dekabrın 18-i Bakıda və Abşeron yarımadasında günün birinci yarısında hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar yağacaq və şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında dekabrın 18-də gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR